Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-04-2024 , 18:45

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: “Buzovna Bələdiyyəsi  Ramazan ayında əhalinin həssas qrupuna aid ailələri diqqət mərkəzində saxlayır”.

“Ramazan bayramı ərəfəsində şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərilib”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə, Xəzər RİH-in təşəbbüsü ilə Buzovna Bələdiyyəsi tərəfindən ərazisində yaşayan 140 şəhid, qazi, aztəminatlı, tənha və kimsəsiz ailələrə, habelə müharibə veteranlarına  bayram sovqatı (hər biri üç kiloqram ət olmaqla) ünvanlarına göndərilib.  Yardımlar Buzovna bələdyyəsinin rəsmiləri və əməkdaşları ilə  birgə həmin ailələrin aparılaraq çatdırılıb.

Sədr qeyd edib ki, Buzovna Bələdiyyəsi  Ramazan ayında əhalinin həssas qrupuna aid ailələri hər zaman  diqqət mərkəzində salxayır.

Buzovna bələdiyyəsinin sədri bir məqamı xüsusi ilə vurğulayıb: “Bələdiyyənin təşkilatçılığı ilə qəsəbənin doqquz nəfər xeyirxah insanlarının dəstəyi ilə qəsəbənin ehtiyacı olan  daha 120 ailəsinə də bayram payı  (hər biri üç kiloqram ət olmaqla) gondərilib.

Mətləb Əliyev  ölkəmizdə sabitliyin, inkişafın, birliyin və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Bayram sövqatı alan qəsəbə sakinləri Ramazan bayramı münasibətilə göstərilən maddi və mənəvi dəstəyə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər